Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Dəmir yumruq, tərs sillə

0

  •         Ümidsiz yaşamaq, məqsədsiz yaşamaq ölmək deməkdir. (C.Cabbarlı)                         11 aprel 2018-ci il Azərbaycan xalqı növbədən kənar Prezident seçkilərinə böyük ruh  yüksəkliyi ilə gedirdi. Onlar bilirlər ki, 200 illik rus-erməni siyasətini ancaq Ümumilli liderimiz  Heydər Əliyevin layiqli davamçısı, İlham Əliyev söküb ata bilərdi. Xalq yenə öz inandığı sevimli, vətənpərvər oğluna  səs verdi. Cənab İlham Əliyev Prezidentliyinin üçüncü dövründə qarşıda duran məsələlərin həllinə nail olmaq üçün, ağır sınaqlardan keçdi.        Dünyada ikili baxışların hökm ürdüyü bir vaxtda Cənab İlham Əliyevin apardığı müdrik siyasəti nəticəsində iqtisadi və siyasi nailiyyətlərlə irəlilyirdi.          7 çadır düşərgəsi,12 fin tipli qəsəbə ləğv edilmiş, 110 min nəfərin məskunlaşdırıldığı 57 müasir qəsəbə və məhəllə inşa edilmişdir.          Bütün əldə olan imkanlar hesabına ordu quruculuğu aparılırdı. İsrail və  digər  dövlətlərdən  müasir  silahlar  alınır və istehsal edilirdi. Qardaş Türkiyənin  təcrübələrindən  ordu  quruculuğunda  geniş  istifadə olunurdu.       1992-ci  ildən kağız üzərində, əla işləyən ATƏT-in Minski  qrupunun ikiüzlü siyasətinin  iç  üzünü  açmaq  qarşıda  duran  əsas  məsələ  idi. Öz  niyyətlərin  hələ də  həyata  keçirməyə  can  atan  dünyanın  aparcı dövlətləri  dəfələrlə  bəyan  edirdilər  ki, daşnak Ermənistanın  ordusu  məğlub  edilməz gücə  malikdir. “Möhtərəm diplomatlar” dönə-dönə  bəyan  edirdilər  ki, bu məsələnin hərbi həlli  yoxdur, Azərbaycan rəhbərliyi  bu haqda  düşünməsin.        Hörmətli  İlham  Əliyev  özünün  çox  saylı  xarici  heyyətlərlə  görüşlər  aparır,  Azərbaycanın  işğala  məruz  qalmasın,  dünyadakı  ikili  standartlardan  bəhs  edir,  bütün  çıxışlarında  bildirirdi  ki,  Azərbaycan  bir  qarış  torpağını  düşmənə  verməyəcək.         2018-ci  il  12  iyunda  Türkiyənin  Eskişəhər  şəhərində  TANAP-ın  açılışında  iştirak  edən  Azərbaycan  Prezidenti  İ.Əliyev  bir  daha  dünyaya  bəyab  etdi  ki,  Ermənistan  bütün  qlobal  layihələrdən  kənarda  qalıb.  Regionun  inkişafının  və  sülhün  qara  yarası  olan  Ermanistan  özünü  məhvə  aparır.        Fəal  xarici  siyasətlə  bərabər  daxili  inkişafada  xüsusi  fikir  verilirdi.  Ölkənin  hərtərəfində  Olimpia  kompleksləri,  idman  zalları  inşa  olunurdu.  Yeni  sənaye  sahələri  yaradılır,  abadlıq  işləri  aparılırdı.    Hörmətli  İlham  Əliyev  idmana  xüsusi  diqqət  ayırırdı,  ölkəmizin  beynəlxalq  idman  yarışlarında  iştirakına  qayğı  göstərirdi.        Uzun  illər  ölkədə  sənədləşmə  sahəsindəki,  süründürməçiliyi  aradan  qaldırmaqdan  ötəri  ölkədə  Asan  xitmət  sahələrinin  sayı  artırılırdı..  Asan  xidmətlə  yanaşı  dost  mərkəzləridə  yaradılırdı.  Dünyanın  bir  çox  ölkələri  bu  təcrübədən  yararlanırdı.      Ölkəmizdə  yeni  yolların  çəkilməsi,  yeni  iş  yerlərinin  yaradılması,  ölkəmizin  inkişafını  sürətləndirirdi.       Xarici  siyasətdə  əsas  meyar  kimi,  yaxın  qonşularla  mehriban  yaşamağı  əsas  götürən Prezident  İlham Əliyev  qonşu  Rusiya  dövləti  ilə  əlaqələri  daim  qoruyub  saxlayırdı.  Avropa ölkələri  ilədə  həm  iqtisadi  həmd  siyasi  əlaqələri  gücləndirirdi.      Öz havadarlarına  arxalanan  Ermənistanın  təxribatları  nəinki  azalır  get-gedə  artırdı.  19.09.2020 –ci  ildə  Cənab  Prezident  İlham Əliyev  öz  çıxışında  bir daha  dünyaya  bildirdi  ki,  Ermənistan  yeni  müharibəyə  hazırlaşır.        2020-ci il  sentyabrın  27-də  bütün  cəbhə boyu  erməni  ordusu  hücuma  keçdi.  Qısa  müddətdə  onların  bu  hücumlarının  qarşısı  alındı. Azərbaycan  Respublikasının  Prezidenti  silahlı  Qüvvələrin  müzəffər  Ali  Baş  Komandanı  İlham  Əliyevin  əmri  ilə  Azərbaycan  silahlı  qüvvələrinin  əks  hücumu  ilə  “Qarabağ  müharibəsi” Dəmir  yumruq  adı  alan  döyüşlər  başladı.  Ermənilər  hələdə  xarici  havadarlarına  arxayın  idilər  ki,  onların  köməyi  ilə  Azərbaycan  ordusu  şimal-qərbdən  hücuma  keçəcək  və  çoxsaylı   itkilərlə  geri  çəkiləcək,  demək  olar  ki,  müharibənin  gedişindən,  ancaq  şəxsən  Ali  Baş  Komandan  öz  iqamətgahından  əmirlər  verir  və  qoşun  birləşmələri  cənub  istiqamətindən  hərəkət  edirdilər.      Cəbrayıl –Füzuli  istiqamətindən  hərəkət  edən  qoşunlarımız, yaşayış  məntəqələrimizi  bir-bir  düşməndən  təmizləyirdilər.  Ali  Baş Komandan  inamla  bildirirdi  ki,  “Biz  zəfər  çalacağıq!  Qarabağ  Azərbaycandır” .      Cənub –qərb isriqamətində  oktyabrın 4-də Cəbrayıl  şəhəri,  17-də Füzuli  şəhəri,  oktyabrın  20-də  Zəngilan, oktyabrın 25-də  Qubadlı  şəhəri işğaldan azad  edildi.          Xain  düşmən  Ermənistan  yenə  Gəncədə, Bərdədə  dinc  sakinlərə  qadağan  olunmuş  silahlardan  atəş  açdılar.         Xalqımıza  Ali  Baş  Komandan  2020-ci  ilin noyabrın  8-də Şuşanın  azad  olma  müjdəsini  xalqa  çatdırdı.      Ali  Baş Komandan Cənab  Prezident  İlham Əliyev 44 gün  ərzində  informasiya  müharibəsində  Almaniya,  Rusiya,  ABŞ-nın  mubirlərinin  təxribat  xarakterli  sualların  məharətlə  cavablandırırdı,  xalqımızın  düşmənlərin  susdururdu.       İndi işğaldan azad olunmuş yerlərdə  böyük quruculuq işləri aparılır.       Hörmətli  Prezidentimizin  göstərişi  ilə  yaradılan  Zəfər  parkına da  etiraz  edənlər  tapıldı “bəs  bilmirsiz  hayların  xətrinə  dəyir”.      Cənab İlham Əliyev  isə  tez-tez  Şuşaya  səfəri  ilə  bəyan  edir  “Qarabağ  Azərbaycan-Şuşa  tacıdır”.                     Sabir Qasımov,                     Xocalı rayonundan məcburi köçkün                     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib47 dəfə
    Dəmir yumruq tərs sillə

    Maraqlı gələ bilər
    277
    0